25 sentyabr 2018 18:12
1962

Ərindən boşanan sənətçinin Bakı konserti ləğv olundu

Demet Akalının Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan konserti ləğv olunub.

Publika.az xəbər verir ki, bu barədə müğənni instaqramda məlumat verib. Sənətçi bildirib ki, konserti ondan xəbərsiz ləğv olunub:

“Sorğusuz-sualsız təşkilatçılar Bakı konsertini ləğv edib. Kimdən qorxdunuz ki?"

Məlum olub ki, son zamanlar həyat yoldaşı Okan Kurtdan boşanması ilə gündəmə gələn Demet Akalının Bakı konsertinin biletləri yaxşı satılmayıb.