Azərbaycan Ordusunun 2018-ci il üçün hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsi Naviqasiya və Kartoqrafiya İdarəsində müxtəlif qoşun növü zabitlərinin iştirakı ilə “Xüsusi topoqrafik xəritələrin hazırlanmasında müasir texnologiyanın tətbiqi” mövzusunda konfrans keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə iştirakçılara Azərbaycan Ordusunun silahlanmasına qəbul edilən müasir silah və hərbi texnikanın idarəetmə sistemlərində istifadəsi üçün nəzərdə tutulan xüsusi topoqrafik xəritələrin, fotosənədlərin, ərazi maketləri və planların hazırlanması zamanı tətbiq olunan müasir texnologiya və proqram təminatları haqqında ətraflı məlumat verilib.
Həmçinin bu proqramların tətbiqi ilə hazırlanan xüsusi topoqrafik xəritələr, üç ölçülü ərazi maketləri və fotosənədlər nümayiş etdirilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub