Asiyadakı satışlarda əsas neft markalarının qiyməti kəskin artır.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu, OPEC tərəfindən İrandan azalan neft ixracını əvəzləmək üçün hasilatın artırılmasına dair hər hansı işarənin gəlməməsinə bazarın cavabıdır. Belə ki, bu gün səhər Londonun İCE Futures birjasında bir barel “Brent” markalı neftin fyuçers qimyəti 1,01 dollar (1,28 faiz) bahalaşaraq 79,81 dollara çatıb. Həmçinin Nyu-York Əmtəə Birjasında keçirilən elektron hərrac zamanı WTI markalı neftin müqailə qiyməti 0,83 dollar (1,19 faiz) artaraq 71,61 dollara çatıb.
Sentyabrın 21-də keçirilən əvvəlki hərraclarda sözügedən markalar müvafiq olaraq 0,13 və 0,65 faiz bahalaşmışdı.
Qeyd edək ki, ötən həftə ərzində “Brent” 2,2 faiz, WTI isə 2,6 faiz bahalaşaraq bu il iyulun 13-dən etibarən maksimum səviyyəyə çatıb.
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb