Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbi qulluqçusunun meyiti tapılıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 16:00 radələrində qanunsuz hərbi birləşmələrdən birinin əsgəri, 1998-ci il təvəllüdlü hərbçi Ovsepyan Artsax Mqeroviç güllə yarasından ölüb.
Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.
Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb
Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir - FOTO/VİDEO