Federal hökumət vəkilləri 14 ildir ki , Meksika körfəzinə sızan neftin vəziyyəti gündən günə daha da çətinləşdirdiyini bildiriblər.
“Taylor Enerji” şirkətinin iştirakı ilə aparılan məhkəmədə 2004-cü ildə baş verən güclü qasırğa zamanı dağılmış qazma platformasının ətrafındakı quyulardan gündəlik 10000-30000 qallon neftin sızdığını iddia edib.
“İki sahil” orlandosentinel.com saytına istinadən xəbər verir ki, ABŞ-ın Sahil Gözətçiliyi 7 ay ərzində ərazidən təxminən 16 min litr neft sızması xəbərini təsdiqləyib.
Tədqiqatçılar ərazidəki sızan neftdən nümunələr götürüblər və nəticələr tezliklə açıqlanacaq. Platformanın yaxınlığındakı sızan quyuların bəzilərinın sementlənərək qapadılmasına baxmayaq , sızmanın artma ehtimalının qacılmaz olduğu deyilir.
Qeyd edək ki, son iki ildə ərazidə sızmadan sonra sürüşmə halları artıb. Qərərgahı Nyu-Orleanda yerləşən “Taylor” şirkəti nin sözcüsü Todd Raqusa hökumətin sızmanın həcmini artıq qeyd etdiyini, şirkətin bu qiymətləndirməyə qarşı çıxdığını və məhkəmədə bunu subut edəcəyini söyləyib.
Xatırladaq ki, 2008-ci ildə baş verən sızma hadisəsinə görə, hökumət şirkəti 666 milyon dollar dəyərində cərimələsə də, şirkət bu məsələdə səlahiyyətli dövlət rəsmiləri ilə mübahisə edərək cərimə olaraq ödədiyi 423 milyon dolları geri alıb.
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb