NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın kiber hücumlarına qarşı təhdid mesajı verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş katib bu vəziyyətdə alyansın müdaxilə edə biləcəyinə diqqət çəkib.
Stoltenberq kiber hücumlara qarşılıq olaraq təşkilatın nizamnaməsinin beşinci maddəsini istifadə edə biləcəyini bildirib.
Bu maddə isə alyansın ölkələrindən birinin hücuma məruz qalmasına kollektiv cavab verilməsini nəzərdə tutur. Bura həmçinin silahlı müdaxilə də daxildir.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub