"Türkiyə ABŞ-ın təhdidlərinə baxmayaraq, Rusiyanın S-400 tipli "Triumf" zenit-raket sistemlərini almaqdan imtina etmir, Rusiya isə müqavilə şərtlərini vaxtında - 2019-cu ildə yerinə yetirəcək".
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib.
"Hesab edirəm ki, növbəti on ildə "Almaz-Antey"in (S-400 sistemlərini istehsal edir) yüklənmə ilə bağlı problemi olmayacaq. Təkcə ənənəvi tərəfdaşlarımız yox, həm də NATO ölkələri, məsələn, ABŞ-ın bütün təhdidlərinə baxmayaraq, Türkiyə bu müqavilədən imtina etmir. Rəsmi Ankara müqavilədə göstərilən vaxtda - 2019-cu ildə nəzərdə tutulan bütün texnikanı əldə edəcək", - Y.Borisov deyib.
Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamentindən Rusiyadan S-400 kompleksi alan istənilən ölkəyə qarşı sanksiyalar tətbiq ediləcəyi bildirilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub