Türkiyənin Rusiyadan S-400 raketlərini almasına görə ABŞ F-35 təyyarələrinin satışına qadağa qoymaq istəsə də, ilk təyyarə Ankaraya təhvil verilib.
Publika.az xəbər verir ki, türk pilotlar ABŞ-ın Luke hərbi hava bazasında F-35 təyyarəsində test uçuşu həyata keçiriblər.
“Yeni Şəfəq” qəzeti yazır ki, F-35 təyyarələri ilə bağlı bütün gizli məlumatlar türk pilotlarına verilib.
Məlumata görə, F-35 proqramı çərçivəsində 100 ədəd təyyarə almaq istəyən Türkiyə hələlik 35 ədəd təyyarə sifariş verib. İlk etap təyyarələrin ödənişləri də edilməyə başlanılıb. Artıq 10 təyyarə üçün 1 milyard dollar ödəndiyi deyilir.
Türk pilotların test uçuşu etdiyi təyyarənin bütün mülkiyyət hüquqları da Türkiyəyə verilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub