Azərbaycan - Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokolunun müddəalarına əsasən, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının İnspeksiya və Qiymətləndirmə Baş İdarəsinin rəisi briqada generalı Faruk Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-mayor Zakir Ağayevlə görüşüb.
Tərəflər əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıb, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub