Rusiyanın Çukotka bölgəsində, Şmidt burnundakı qəsəbələrdən birində çəkilmiş video media və sosial şəbəkələrdə geniş müzakirə olunur.
Milli.Az bildirir ki, orta yaşlı kişi iti sürüyərək dəmir konteynerin damına tərəf aparır. Kadr arxasında qadın səsi gəlir: "İti öldürmə, dəymə ona!" Az sonra isə qadın qışqırır: "At onu ayının qarşısına!"
Kişi iti tutub aşağıya, qonşu evin divarının yanında yatmış ağ ayıya tərəf atır. Ayı ayılır, itə tərəf atılaraq onu parçalamağa çalışır.
İt zingildəyərək qaçmağa çalışır.
Rusiyada bu kişinin axtarılıb tapılması və cəzalandırılması tələb olunur.
Həmin kişi isə sosial şəbəkədə yazıb: "Mən cəllad deyiləm. Ağ ayı qadını parçalamaq istəyirdi. Yırtıcının diqqətini qadından yayındırmaq üçün iti ona tərəf tulladım. İt sağ-salamatdır".
Digər videoda ağ ayının qadını parçalamağa çalışdığı görünür.