Sudan Qırmızı dənizdə mövcudluğuna inanılan təbii qaz ehtiyatlarının kəşfiyyatı üçün Rusiya şirkəti ilə razılığa gəlib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Sudan hökuməti həmin təbii qaz ehtiyatlarının aşkarlanması üçün Rusiyanın “Ross Geology” şirkəti ilə müqavilə imzalayıb.
Sudanın neft və qaz naziri Azhari Abdul-Gadir Abdallah və Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri Dmitry Kobylkinin rəhbərlik etdiyi nümayəndə heyətləri paytaxt Xartumda görüşüb. İmzalanan müqaviləyə görə, “Ross Geology” Sudanla razılaşdıraraq Qırmızı dənizdə təbii qazın kəşfiyyatını aparacaq. Axtarış işlərinə nə zaman başlanacağı bildirilməyib.
Sudanlı nazir deyib ki, Qırmızı dəniz ölkənin mərkəzi hesab olunur. Port Sudan şəhərində neft-təbii qaz axtarmaq və karbohidrogenlərin kəşfi üçün lazımi addımlar atılır.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir