SOCAR-ın Gürcüstandakı aktivi olan Kulevi terminalı bu vaxtadək 2 min 200-dən çox tanker qəbul edib və yola salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirlir ki, “SOCAR Georgia” şirkətinə məxsus Kulevi terminalı 10 illik fəaliyyəti dövründə 2 min 200-dən çox tanker qəbul edib və yola salıb. Kulevinin gücü ildə 10 milyon ton təşkil edir.
Qeyd edək ki, Kulevi terminalı və limanı 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra limana ilk tanker yan alıb. Ötən 10 ildə limanın tutumu artırılıb. Həmçinin də qəbuletmə, yükləmə və yolasalma əməliyyatlarının payı artıb. Liman ilboyu fasiləsiz fəaliyyət göstərir. Terminalın anbar parkının ümumi tutumu 320 min kubmetrdir. Tbilisi-Poti mərkəzi dəmir yolu magistralı ilə Kulevini birləşdirən 14 kilometr uzunluğunda yeni dəmir yolu mövcuddur. Terminalın infrastrukturu müntəzəm olaraq müasirləşdirilir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir