Enerji nəhəngi “Shell” İndoneziyaya mayeləşdirilmiş təbii qaz (LNG) idxal etmək üçün İndoneziya hökuməti ilə danışıqlar aparıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Shell” və tərəfdaş şirkəti İndoneziyaya LNG idxal etmək niyyətindədir.
İndoneziyanın Enerji və Mineral Resurslar Nazirliyinin neft-qaz üzrə baş direktoru Djoko Siswanto jurnalistlərə bildirib ki, “Shell” İndoneziyaya neft və qazın idxalını təklif edib, lakin bu təklif hələ qəbul edilməyib.
O bildirib ki, “Shell” və tərəfdaşı İndoneziyada LNG terminalı qurmaq üçün adı açıqlanmayan bir şirkətlə razılığa gəlib: “Lakin “Shell” tərəfindən LNG idxalı yerli mayeləşdirilmiş təbii qaz istehsalçılarının alıcı tapmalarına maneə törətməməlidir”.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir