ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Konqresin Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri qarşısında Ukraynadakı vəziyyətlə bağlı qapalı brifinqdə çıxış edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə komitənin rəsmi saytında dərc olunan iclas cədvəlində bildirilib.
Brifinq dekabrın 1-də Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. Stiv Uitkoff tədbirdə yeganə məruzəçi kimi göstərilib.
Bildirişə əsasən, iclas zamanı məxfilik rejimi tələb edən məsələlər müzakirə olunacaq.
Brifinqin digər təfərrüatları açıqlanmayıb.
Danimarkanın Baş nazirinin miqrasiya ilə bağlı açıqlamaları Avropa Parlamentində fikir ayrılığına səbəb olub
İrakli Kobaxidze: Azərbaycanla danışıqlar nəticəsində iqtisadi təhlükəsizliyimizlə bağlı ən vacib razılaşmalara nail olduq
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir
Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb