Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda 3 tematik sektor üzrə panel sessiyalar da keçirilib.
“İki sahil” xəbər verir ki, “Enerjinin gələcəyinin formalaşdırılması: ənənəvi enerji sahəsində innovasiyalar və yaşıl keçid naminə bərpaolunan enerji mənbələrinin inkişafı” sessiyasında ənənəvi enerji sektorunda əməkdaşlığın gücləndirilməsi, bərpaolunan enerji layihələrinin inkişafı, yaşıl enerji dəhlizləri, enerji saxlanc sistemləri və enerji keçidi məsələləri müzakirə olunub.
“Sabahın bağlantısı: nəqliyyat, logistika, şəhərsalma və regional inteqrasiya naminə iqtisadi dəhlizlər” sessiyasında Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi, regional bağlantıların genişləndirilməsi, müasir şəhərsalma və tikinti layihələri, eləcə də bu sahələrdə investisiya imkanları nəzərdən keçirilib.
“İstehsalın və rəqəmsal transformasiyanın yeni üfüqləri: yüksək texnologiyalar, süni intellekt, kritik xammal və yüksək əlavə dəyərli istehsalda innovasiyalar” sessiyasında isə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi, sənayenin modernləşdirilməsi, kritik xammalın hasilatı və emalı, texnologiya transferi, innovativ istehsal və yüksək əlavə dəyərli məhsulların ixracı imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, forum çərçivəsində daşınmaz əmlak və dizayn sahələrində əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş “Italian Design Day” tədbiri, B2B və B2G formatında görüşlər təşkil olunub.
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib