Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini Hüseyn Ceyhun oğlu Allahverdiyevin cəsədi batdığı yerdən 10 kilometr aralıda FHN-in xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Siyəzəndə iki azyaşlı Taxtakörpü - Ceyranbatan su kanalına düşüb.
Zeynallı Ömər Vüsal oğlu və Allahverdiyev Hüseyn Ceyhun oğlu kanalın kənarında oynayan zaman suya düşüblər.
Ö.Zeynallı sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib, H.Allahverdiyevin isə axtarışları davam etdirilir.
Axtarış-xilasetmə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.
"Report"
Lerikdə məktəblilər Polis Akademiyasına qəbul qaydaları barədə məlumatlandırılıblar
Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar təşkil edilib