Rəşad Yelkiyev Əbu-Dabi Böyük Dəbilqəsində üçüncü yer uğrunda görüşə çıxıb. Cüdoçumuz bu qarşılaşmada Özbəkistan təmsilçisi Dilşodbek Hamroyevlə üz-üzə gəlib.
Yelkiyev rəqibi üzərində qələbə qazanaraq turnirin bürünc medalına sahib çıxıb.
Beləliklə, Azərbaycan millisinin Əbu-Dabi Böyük Dəbilqəsində qazandığı medalların sayı üçə yüksəlib. Gün ərzində Könül Əliyeva və Balabəy Ağayev qızıl, Rəşad Yelkiyev isə bürünc medal qazanıb.
Təbriklər, Rəşad!