29 oktyabr 2026 23:43
76

Balabəy Ağayev Əbu-Dabi Böyük Dəbilqəsində qızıl medal qazandı

Azərbaycan cüdoçusu BƏƏ-də keçirilən nüfuzlu turnirdə ölkəmizə ikinci qızıl medalı qazandırıb.

Azərbaycan millisinin üzvü Balabəy Ağayev Əbu-Dabi Böyük Dəbilqəsinin qalibi olub.

Cüdoçumuz turnirin finalında Tacikistan təmsilçisi Loiq Kudbudinovla qarşılaşıb. Balabəy Ağayev rəqibini ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Beləliklə, Azərbaycan yığması Əbu-Dabi Böyük Dəbilqəsində ikinci qızıl medalını qazanıb. Könül Əliyevanın ardınca Balabəy Ağayev də turnirdə ölkəmizin bayrağını zirvəyə qaldırıb. 

Əhsən, Balabəy!