Bu gün İtaliyanın Neapol şəhərində cüdo üzrə U-23 Avropa çempionatı start götürəcək. İlk yarış günündə üç çəki dərəcəsində 6 cüdoçumuz mübarizə aparacaq.
Oğlanlar
-60 kq, 1/8 final
Murad Muradlı – Unay Penyas Merino
Babarəhim Mirzəyev – Mario Tinelli / Yan Motoli Bonqambe cütünün qalibi ilə
-66 kq, 1/8 final
Nizami İmranov - Alessio De Luka
İslam Rəhimov – Kristian Butuçi / Adam Anastasopulos cütünün qalibi ilə
-73 kq, 1/16 final
Əbil Yusubov – Luka Katiç
Mehdi Cəfərov – Vlad Mitru
Təsnifat mərhələsi – 13:00
Final bloku – 19:00
Canlı yayım: Judo TV
İdmançılarımıza uğurlar arzulayırıq!