29 oktyabr 2026 10:01
122

Estoniya Rusiya ilə sərhəddə 150-dək bunker inşa edəcək

Estoniya Baltik Müdafiə Qurşağı infrastrukturunun inkişafı çərçivəsində Rusiya ilə sərhəddə 150-dək sığınacaq (bunker) tikmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Martin Heremə istinadla ERR milli dövlət teleradio portalı məlumat yayıb.

"Bunlardan 100-ə yaxını dövlət torpaqlarında, 50-yə yaxını isə bələdiyyə və ya özəl torpaqlarda yerləşəcək", — deyə nazir dəqiqləşdirib.