Avropa İttifaqının beş ölkəsi — Avstriya, Almaniya, Yunanıstan, Danimarka və Niderland — birliyə sığınacaq üçün müraciəti rədd edilmiş deportasiya olunacaq şəxslərin yerləşdirilməsi məqsədilə Ruandada mərkəzin yaradılması haqqında saziş bağlamağa yaxındır.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, razılaşma barədə noyabrın ortalarında Vyana şəhərində miqrasiya məsələlərinə dair keçiriləcək konfrans çərçivəsində elan edilə bilər. Qəzetin həmsöhbətlərindən biri qeyd edib ki, Aİ ölkələri büdcə məhdudiyyətləri səbəbindən mövcud infrastrukturdan, o cümlədən sonradan imtina edilmiş Böyük Britaniyanın 2022-ci il proqramı üçün tikilmiş obyektlərdən istifadə etməyi nəzərdə tuturlar.
"Heç kim bu mövzunun vacibliyini şübhə altına almir, lakin resurslar məhduddur", — deyə mənbə izah edib. "Yeni obyektlər tikmək mümkün deyil".
Digər bir mənbə Britaniya vəsaitləri hesabına yaradılmış infrastrukturdan istifadənin mümkünlüyünü təsdiqləyib, üçüncü mənbə isə əlavə edib ki, Avropa tərəfi ilkin olaraq Böyük Britaniya üçün inşasına başlanılmış kompleksi ətraflı şəkildə nəzərdən keçirir.
Daha əvvəl Yunanıstanın miqrasiya və sığınacaq məsələləri üzrə naziri Tanos Plevris "Politico" qəzetinə müsahibəsində ölkəsinin və bir sıran digər Aİ dövlətlərinin sığınacaq alması rədd edilmiş miqrantların 2027-ci ilin birinci yarısında üçüncü ölkələrə çıxarılması üzrə sınaq layihəsinə başlayacağını bəyan etmişdi.
Serbiya polisinə hücum terror aktı kimi qiymətləndirilib: "Qırmızı terror" təhlükəsi elan edildi
Qazaxıstanda vergi sistemində YENİLİK: Tokayev sərvət sahibləri üçün yeni dərəcə təklif edir
Tokayev dünyadakı vəziyyətin Soyuq müharibə dövründən daha mürəkkəb olduğunu bəyan edib