28 oktyabr 2026 11:32
128

ABŞ ASEAN-a müdafiə sahəsində əməkdaşlıq sazişi təklif edir

ABŞ ASEAN-a (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) müdafiə sahəsində əməkdaşlıq proqramı hazırlamağı təklif edir.

“İki sahil” xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bəyan edib.

"Gələn il ABŞ ilə ASEAN arasında dialoq münasibətlərinin başlamasının 50 illiyi qeyd olunur. Bununla əlaqədar biz müdafiə əməkdaşlığı üzrə ABŞ–ASEAN çərçivə proqramının işlənib hazırlanmasını təklif edirik. Bu, növbəti bir neçə il ərzində əməkdaşlığımızı müəyyən edən praktiki əsas olacaq", — deyə o, Filippində ASEAN-a üzv ölkələrin müdafiə nazirlərinin genişləndirilmiş iclası çərçivəsində bildirib.

Heqset regiona güc vasitəsilə sülh gətirəcəyinə söz verib. "Amerika Birləşmiş Ştatları Sakit okean dövlətidir və ASEAN üzrə tərəfdaşlarımızla birlikdə güc vasitəsilə sülhü təmin etməyə hazırıq", — deyə o əlavə edib.

ASEAN ölkələrinin müdafiə nazirlərinin görüşü oktyabrın 28-29-da Filippinin Sebu adasındakı kurortların birində keçirilir. Tədbirdə həmçinin Avstraliya, Hindistan, ABŞ və Yaponiyadan dəvət olunmuş nümayəndələr iştirak edirlər.