28 oktyabr 2026 10:10
133

ABŞ-nin İran əməliyyatının ağır maliyyə yükü

İranla müharibə zamanı itirilmiş hərbi texnikanın əvəzlənməsi üçün Pentaqona 6 milyard dollardan çox vəsait lazım gələcək.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, söhbət həmçinin sıradan çıxarılmış uçuş aparatlarının, o cümlədən bahalı kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının (PUA) əvəzlənməsindən gedir.

Daha əvvəl "The Hill" qəzeti ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirmək üçün xərclərinin 47 milyard dollara çatdığını bildirmişdi.