Qırğızıstan hakimiyyəti inzibati-ərazi islahatının ikinci mərhələsi çərçivəsində bəzi vilayət və rayonları ləğv edərək 20-dən çox yeni dairə yaratmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Yerli Özünüidarəetmə İşləri üzrə Dövlət Agentliyinin rəhbəri Elçibək Jantayev "Kabar" dövlət informasiya agentliyinə müsahibəsində bildirib.
"40 rayonun əvəzinə 20-dən çox dairə peyda olacaq ki, onlar rayonlardan böyük, vilayətlərdən isə kiçik olacaqlar", — deyə o qeyd edib.
Nazirin sözlərinə görə, hazırda ölkədə iri və inkişaf etmiş rayonlarla yanaşı, daha az potensiala malik regionlar mövcuddur. Geleçəkdə onların bir hissəsinin birləşdirilməsi yolu ilə iriləşdirilməsi və yeni inzibati-ərazi vahidlərinin yaradılması planlaşdırılır.
Jantayevin fikrincə, Qırğızıstanın mövcud inzibati-ərazi bölgüsü köhnəlib və mərhələli şəkildə həyata keçiriləcək islahatların davam etdirilməsi tələb olunur.
Hazırda Qırğızıstanda 7 vilayət, 40 rayon, həmçinin respublika əhəmiyyətli iki şəhər — Bişkek və ölkənin ikinci ən böyük şəhəri, vilayət mərkəzi olan Oş var. Qırğızıstanda inzibati-ərazi islahatına üç il əvvəl başlanılıb. Bu müddət ərzində respublikada şəhərlərin sayı 32-dən 33-ə yüksəlib, eyni zamanda onların demək olar ki, yarısının ərazisi genişləndirilib. Kənd dairələrinin sayı isə iki dəfəyə yaxın azalaraq 452-dən 231-ə düşüb.
ABŞ məhkəməsi FTB-nin sabiq rəhbərinin qızının işdən çıxarılmasını qanunsuz hesab edib