10 oktyabr 2026 20:40
118

Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi

Almaniya Bundesliqasının 5-ci turunda keçirilən “Auqsburq” – “Bavariya” matçında tarixi rekord qeydə alınıb.

“İki sahil” xəbər verir ki, meydan sahibləri oyunun 6-cı saniyəsində hesabı açıblar. Bu, Bundesliqa tarixinin ən erkən qolu olub.

Qol “Bavariya”nın qapıçısı Manuel Noyerin kobud səhvindən sonra vurulub. Komanda yoldaşından ötürmə alan təcrübəli qolkiper topu düzgün qəbul edə bilməyib. Ardınca topu uzaqlaşdırmaq istəyərkən onu rəqib futbolçuya vurub. Yaranmış vəziyyətdən istifadə edən Robin Fellhauer boş qapını dəqiq nişan alıb.

Auqsburqdakı “VVK Arena”da keçirilən görüşün ilk hissəsi meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.