Misli Premyer Liqasında 7-ci turu çərçivəsində “Sumqayıt” “Qəbələ”ni sınağa çəkib.
“İki sahil” yazır ki, qarşılaşmanın 6-cı dəqiqəsində Mamadu Banqre hesabı açıb. 9-cu dəqiqədə isə İsa Suliman meydan sahiblərinin üstünlüyünü iki qola yüksəldib. 25-ci dəqiqədə Şahin Şahniyarov buraxılan qollardan birinin əvəzini çıxsa da 29-cu dəqiqədə Ronaldo Vaskes yenidən “Sumqayıt”ın üstünlüyünü iki qola yüksəldib. 67-ci dəqiqədə isə Lukas Blek top fərqini 3 qola yüksəldib - 4-1.
Misli Premyer Liqası
VII tur
10 oktyabr (şənbə)
19:30. “Sumqayıt” 4-1 “Qəbələ”
Qollar: Mamadu Banqre, 6 (1-0), İsa Suliman, 9 (2-0), Şahin Şahniyarov, 25 (2:1), Ronaldo Vaskes, 29 (3:1), Lukas Blek, 67 (4:1)
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə, Əliyar Ağayev (VAR), Zeynal Zeynalov (AVAR)
“SOCAR Polymer Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”