21 sentyabr 2026 17:05
108

BMR fakültəsi və Magistratura şöbəsinin təşkilatçılığı ilə dövlət suverenliyinə həsr olunan tədbir keçirilib

21 sentyabr 2026-cı ildə BMR fakültəsi və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət suverenliyi:Vətən müharibəsindən tam suverenliyin bərpasına gedən tarixi yol” adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı professor İbrahim Kazımbəyli bildirdi ki, Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunması ölkənin müstəqillik tarixinin ən mühüm mərhələlərindən biridir. Dekan çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ təşkil etdiyini vurğuladı. O, diqqəti 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinə yönəldərək qeyd etdi ki, həmin tədbirlərdən sonra Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsində dövlət hakimiyyətinin və konstitusiya quruluşunun bərpası üçün şərait yarandı. 2024-cü il 19 sentyabr tarixi prezident İlham Əliyev tərəfindən 20 sentyabrın dövlət müstəqilliyi günü kimi qeyd edilməsi haqqında fərman da dekan tərəfindən xüsusi olaraq vurğulandı.

Magistratura şöbəsinin müdiri, Beynəlxalq münasibətlər kafedrasnın dosenti, tarix üzrə fəlsəfə doktoru Namiq Əsədov “Milli birlikdən ərazi bütövlüyünə uzanan yol” mövzusunda çıxış edərək 44 günlük Vətən müharibəsi dövründə və sonrakı mərhələdə baş verən toqquşmalarda həlak olan və yaralanan hərbçilərimiz haqqında məlumat verdi.  Dövlət, xalq, ordu birliyinin əhəmiyyətindən danışan dos. Namiq Əsədov 44 günlük Vətən müharibəsi dövründə, 10 noyabr bəyanatından sonrakı mərhələdə və Antiterror əməliyyatı nəticəsində azad edilmiş ərazilər barədə statistik məlumat verərək qələbənin nə qədər böyük və ərazi bütövlüyümüz üçün vacib  olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov “Ərazi bütövlüyündən dövlət suverenliyinin tam bərpasına: tarixi-siyasi proseslər” mövzusunda çıxış edərək suverenlik nədir? Hüquqi-siyası anlayış kimi meydana gəlməsi haqqında məlumat verdi. 19-20 sentyabr antiterror əməliyyatları və onun nəticələrinin tarixi, hüquqi və siyasi aspektləri təhlil etdi. Sonda mövzu ətrafında müzakirələr aparıldı.