Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 21-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
“İki sahil” xəbər verir ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 203 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Bakının daha iki küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib
Kimya İnstitutunun əməkdaşı metanın çevrilməsində istifadə olunan katalizatorları araşdırıb