Şüvəlan Ağır Atletika Akademiyasında pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib. Yarışda Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin idmançıları da iştirak edərək yüksək nəticələr nümayiş etdirib və qızıl medallar qazanıblar.
Xüsusi olimpiyaçıların nəticələri:
Samir Eminov (59 kq çəki dərəcəsi)
• Çiyində ştanqla oturub-durma: 55 kq
• Uzanaraq ştanqın sinədən sıxılması: 22,5 kq
• Ştanqın yerdən qaldırılması: 82,5 kq
• Ümumi nəticə: 160 kq
Əli Sadıxov (105 kq çəki dərəcəsi)
• Çiyində ştanqla oturub-durma: 170 kq
• Uzanaraq ştanqın sinədən sıxılması: 135 kq
• Ştanqın yerdən qaldırılması: 225 kq
• Ümumi nəticə: 530 kq
İdmançılarımızın mükafatlandırılmasında Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin prezidenti Mövlud Mirəliyev, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyatəliyev və pauerliftinq üzrə baş məşqçi Natiq Əliyev iştirak ediblər.
İdmançılarımızı qazandıqları uğurlar münasibətilə təbrik edir və onlara gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq!