18 sentyabr 2026 11:14
103

Sonuncu yarımfinalçı EFA oldu

“Sabahın ulduzlari” Bakı Kuboku uğrunda yarışların U-15 yaş qrupunda 7-turdan təxirə salınmış bir oyun keçirilib. EFA komandası “Zəngəzur”a 5:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

 

17 sentyabr

 

”Zəngəzur” – EFA  1:5

 

Qollar:  №4. Əli Seyfulla (79) // №19. Ömər Osmanlı (15), №8. Hüseyn Novruzlu (33), №18. Yusif Məmmədli (50), №77. Şahin Qasımzadə (52), №17. Kənan Həsənov (68).  

 

Baş hakim: Fərid Quliyev

Köməkçi hakimlər: Rasim Axundov, Asif Abdullayev

Dördüncü hakim: Məleykə Məmmədova

Hakim-İnspektor: Elnur Muradov

BFF nümayəndəsi: Məhərrəm Əliyev

 

Sentyabrın 20-də keşiriləcək yarımfinal oyunları. 

 

U-15. Yarımfinal

 

“Qarabağ” – “Ulduz”

“Neftçi” – EFA