17 sentyabr 2026 15:00
88

Kanadanın baş naziri Aİ-nin assosiativ üzvlük təklifini alqışlayıb

Kanadanın baş nazir Mark Karni Aİ-nin "assosiativ üzvlük" təklifini müsbət qiymətləndirib. O, müdafiə, faydalı qazıntıların çıxarımları və süni intellekt sahələrində daha sıx transatlantik əməkdaşlığa çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

"Kanada bu təşəbbüsdü alqışlayır, – deyə baş nazir Strasburqda Avropa Parlamentinin sessiyasında bildirib. – Kanada və Avropa dərin əməkdaşlıq vasitəsilə öz strateji muxtariyyətlərini təmin etməlidirlər.

Siyaqətçi əlavə edib ki, heç kim Kanadaya kiminlə əməkdaşlıq etməyi diktə edə bilməz.

Bir gün əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropanı tərəfdaşlıq əlaqələrini təcili olaraq yenidən nəzərdən keçirməyə və Kanadaya Aİ-nin ilk assosiativ üzvü statusunu verməyə çağırıb. O, həmçinin Aİ, Kanada, Böyük Britaniya və Norveçi birləşdirəcək Avropa Təhlükəsizlik Şurasının yaradılmasına çağırıb. ABŞ Prezidenti Donald Tramp Avropanın bu planlarını düşmənçilik kimi qiymətləndirib və yeni ticarət tarifləri tətbiq edəcəyi ilə hədələyib.