17 sentyabr 2026 14:51
99

Çexiyanın baş naziri Aİ-ni Ukrayna üzrə nizamlanmada ABŞ-a qoşulmağa çağırıb

Çexiyanın baş naziri Andrey Babiş Avropa İttifaqını Ukraynadakı nizamlanma üzrə ABŞ-ın səylərinə qoşulmağa çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "ČTK" informasiya agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Avropanın güclü rəhbərliyə ehtiyacı var və o, ABŞ ilə birlikdə Volodimir Zelenskini və Rusiya Prezidenti Vladimir Putini danışıqlar masası arxasında əyləşdirməlidir.

Babiş müvafiq bəyanatla Praqada çıxış edib.

Babiş vurğulayıb ki, Ukraynadakı münaqişə təkcə hərbi böhran deyil, onun nəticələri iqtisadiyyata da son dərəcə mənfi təsir göstərir. Baş nazirin sözlərinə görə, vəziyyətin hərbi yolla həlli yoxdur və eskalasiya təhlükəsi mövcuddur.