Britaniyanın keçmiş müdafiə naziri Ben Uollass ölkəsinin qüvvələrinin Ukrayna üzərindəki Rusiya PUA-larını vurması ideyasını dəstəkləyib.
“İki sahil” xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Bu, beynəlxalq hüquq normalarına uyğundur və eskalasiya kimi qiymətləndirilə bilməz, çünki pilotsuz uçuş aparatları Rusiyanın deyil, Ukraynanın ərazisindədir", – deyə o, bildirib.
Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsi dəstəklənib