Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı (ADB) birgə hazırlanmaqda olan yeni layihələr müzakirə edilib.
"İki sahil" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan ADB-nin Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə ADB arasında tərəfdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, birgə həyata keçirilən layihələr, özəl sektorun inkişafına dəstək, dövlət-özəl tərəfdaşlığı, eləcə də regional əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
S. Babayev uzunmüddətli və etibarlı tərəfdaş kimi Azərbaycanın ADB ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, Bank tərəfindən ölkəmizdə maliyyələşdirilən layihələr, göstərilən texniki və maliyyə dəstəyi ölkənin inkişaf prioritetlərinin həyata keçirilməsində mühüm rol oynayır. Bildirilib ki, Azərbaycanın ADB-ə üzv olduğu dövrdən etibarən Bankla əməkdaşlıq çərçivəsində 160 layihə üzrə ümumilikdə 5,6 milyard ABŞ dolları həcmində maliyyələşdirmə həyata keçirilib.
2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı iqtisadi artımın təmin edilməsində özəl sektorun rolunun gücləndirilməsinin əsas prioritetlərdən olduğu diqqətə çatdırılıb. Bu baxımdan, ADB-in qeyri-suveren əməliyyatlarının genişləndirilməsi, özəl investisiyaların və kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsi imkanlarının artırılmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Öz növbəsində, ADB Direktorlar Şurasının üzvləri Azərbaycan ilə Bank arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın əhəmiyyətini qeyd ediblər. Xüsusilə CAREC Proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığın davam etdirilməsi, nəqliyyat, enerji və ticarət sahələrində birgə təşəbbüslərin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin icrası davam edən "Azərbaycan Dəmir Yolları" QSC-ninn Rəqəmsal Transformasiya Layihəsi, eləcə də enerji, nəqliyyat və su sektorlarında ADB ilə birgə hazırlanmaqda olan yeni layihələr müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər