Naxçıvanın Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın vahid elektrik enerjisi sisteminə qoşulması layihəsinin daha geniş regional perspektivini formalaşdırır.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə Cəbrayılda zəruri enerji infrastrukturu yaradılıb: "Min meqavat ötürmə qabiliyyətinə malik 330 kilovatlıq Cəbrayıl- Ağbənd yüksək gərginlikli elektrik ötürmə xəttinin tikintisi isə yekunlaşmaq üzrədir. Növbəti mərhələdə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan və Türkiyə ilə elektrik bağlantısının yaradılması nəzərdə tutulur".
Nazir bildirib ki, Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik enerjisi bağlantısı xüsusi strateji əhəmiyyət daşıyır və ilkin mərhələdə Naxçıvandan Türkiyəyə bir giqavat elektrik enerjisinin ötürülməsi nəzərdə tutulur.
O qeyd edib ki, dünya yaşıl və rəqəmsal keçidin getdikcə daha sıx qovuşduğu yeni inkişaf mərhələsinə qədəm qoyur: "İnformasiyanı sürətləndirərkən süni intellekt, data mərkəzləri və genişlənən elektrikləşmə enerji sistemləri qarşısında yeni tələblər yaradır. Elektrik enerjisi iqtisadi inkişafın, rəqəmsal transformasiyanın və enerji təhlükəsizliyinin əsas strateji resurslarından birinə çevrilir. Bu reallıq yeni generasiya gücləri ilə yanaşı, daha güclü şəbəkələr, enerji saxlanış sistemləri, ölkələri və regionları birləşdirən yeni elektrik bağlantıları tələb edir. Bu proses Azərbaycan-Türkiyə enerji tərəfdaşlığı üçün də yeni strateji üfüqlər açır".
P. Şahbazov əlavə edib ki, hazırda optimal bağlantı və maliyyələşdirmə modeli üzrə müzakirələr davam edir və birgə səylərlə bu strateji layihələrin reallaşdırılmasını sürətləndirməyi vacib hesab edir.
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub