09 sentyabr 2026 18:12
100

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Külüllü–Zərdab magistral su xəttinin 11-ci km-də diametri 400 mm olan dəmir boruda qəza baş verib. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı hazırlıq işləri aparılır.

Qəzanın aradan qaldırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar sentyabrın 10-da saat 07:30-dan etibarən Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Zərdab şəhərinə suyun əvvəlki rejim üzrə verilməsi 24 saat ərzində bərpa ediləcək.

Xidmət yaranmış müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edir, göstərdikləri səbrə görə təşəkkür edir.