09 sentyabr 2026 12:23
74

Çin ABŞ-ın süni intellekt sahəsində iddialarını rədd edib

Çin ABŞ hakimiyyətinin Çin şirkətlərinin ABŞ-ın süni intellekt (Sİ) sahəsindəki işləmələrini kopyalamaq üçün "distillasiya" adlandırılan üsuldan istifadə etməsi barədə iddialarını qətiyyən rədd edir.

“İki sahil” xəbər verir ki, bu barədə TАСС-a Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Çan bildirib.

"Amerika tərəfinin qondarma distillasiya konsepsiyası ətrafında səs-küy yaratması Çinin Sİ sahəsindəki işləmələrinə və tərəqqisinə qarşı məqsədli hücumdur. Çin bunu qətiyyən rədd edir", – deyə o vurğulayıb.

Lyu Çan bir sıra ABŞ hüquq-mühafizə və kəşfiyyat xidmətlərinin "süni intellekt sahəsində fəaliyyət göstərən Çin şirkətlərinin sənaye miqyasında distillasiya kampaniyası aparmaqla Amerika şirkətlərinin Sİ modellərinin patentləşdirilmiş funksiyalarını və imkanlarını sistemli şəkildə əldə etməklə məşğul olması" barədə iddialarını belə şərh edib.

Distillasiya metodu bir, daha sadə Sİ modelinin başqa, daha mürəkkəb modelin cavabları əsasında öyrədilməsinə deyilir.

"Biz ABŞ-ı faktlara hörmətlə yanaşmağa, qərəzlərdən əl çəkməyə, Çinin elmi-texniki inkişafını məhdudlaşdırmaq cəhdlərinə son qoymağa və Çin ilə ABŞ arasında mübadilə və əməkdaşlığa töhfə verəcək fəaliyyət kursunu seçməyə çağırırıq, – deyə Lyu Çan vurğulayıb.