09 sentyabr 2026 12:03
89

Bakıda IV İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir

Bakıda IV İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir.

“İki sahil” xəbər verir ki, açılış mərasimində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, BMT rəsmiləri və digər qonaqlar iştirak edir.

Məlumat üçün bildirək ki, Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi sentyabrın 7-dən öz işinə başlayıb.