ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Rusiyaya səfərini şərh edib.
“İki sahil” xəbər verir ki, ABŞ lideri Oval kabinetdə jurnalistin Ukrayna ilə bağlı Rusiya tərəfinə yeni təkliflər təqdim edib-etməyəcəkləri ilə bağlı sualına cavab olaraq bildirib: "Onlar müharibəyə son qoymaq üçün təklif irəli sürəcəklər". Ağ Ev rəhbəri həmçinin Rusiya-Ukrayna münaqişəsinin həlli üçün "yaxşı şans"ın olduğunu vurğulayıb. "Onlar gözəl iş görürlər. Biz onları bir şey edə biləcəyimizi görmək üçün göndərdik. Bunun üçün yaxşı şansımız ola bilər", - Tramp bildirib.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Stiv Uitkoff və Cared Kuşnerin əvvəlcə Moskvaya, sonra isə Kiyevə səfər edəcəklərini təsdiqləyib.