NATO-ya məxsus kəşfiyyat təyyarəsi həftə ərzində ikinci dəfə Kalininqrad vilayəti ərazisində görünüb və vilayətin ətrafında dairəvi uçuş həyata keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Avropa İttifaqının aviasiya dispetçer xidmətlərindəki mənbə bildirib.
"NATO-ya məxsus 'Bombardier Artemis II' kəşfiyyat təyyarəsi cari həftədə ikinci dəfə Kalininqrad vilayəti ərazisində görünüb və vilayətin ətrafında dairəvi uçuş həyata keçirməyə başlayıb", — deyə agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, təyyarə təxminən 10,5 km hündürlükdə uçub, Polşa və Litvanın hava məkanından, həmçinin Baltik dənizinin neytral suları üzərindəki ərazilərdən istifadə edib.
Əvvəllər "Bombardier Artemis II" sentyabrın 2-də Rusiyanın bu regionu ətrafında uçuş həyata keçirmişdi. "Bununla yanaşı, təyyarə bu həftə müntəzəm olaraq Baltikyanı ərazidə görünür, burada bir neçə gün ərzində Latviya, Litva və Estoniya üzərində, o cümlədən Fin körfəzinin Estoniya sahili yaxınlığında uçuşlar edib", — deyə mənbə qeyd edib.
O vurğulayıb ki, təyyarə Rusiya və Belarus sərhədlərinə yaxınlaşmayıb.
Agentliyin həmsöhbəti xatırladıb ki, Kalininqrad vilayəti ətrafındakı, eləcə də Baltikyanı ölkələrin mərkəzi rayonları üzərindəki marşrut "Bombardier Artemis II" təyyarəsinin əsas uçuş trayektoriyalarından biridir. Bundan əlavə, kəşfiyyat təyyarəsi dövri olaraq Qara dənizin neytral suları üzərində də uçur və dənizin cənub hissəsində adətən qərbdən şərqə və əksinə kurs götürür. Avqust ayında isə o, akvatoriya üzərində doqquz saat vaxt keçirməklə rekord vurub.
Avropa İttifaqı Ermənistandan Rusiya ilə viza rejiminin tətbiq edilməsini TƏLƏB EDİB