04 sentyabr 2026 12:47
84

Çexiyada təhlükəsizlik tədbirləri gücləndiriləcək

Qonşu dövlətlərdə, o cümlədən Almaniyada baş verən insidentlərlə əlaqədar Çexiya hakimiyyəti "konkret təhlükəsizlik tədbirləri" tətbiq edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Lyubomir Metnarın sözlərinə istinadən ÇTK informasiya agentliyi məlumat verib.

"Biz vəziyyətin inkişafına konkret tədbirlər görməklə reaksiya veririk, lakin təhlükəsizlik mülahizələrinə görə bu tədbirləri dəqiqləşdirmək olmaz", — deyə agentlik nazirin sözlərini sitat gətirir.

Məlumatdan bəlli olduğu kimi, DİN respublikada təhlükəsizlik sahəsindəki vəziyyəti sabit kimi səciyyələndirir.

Bununla yanaşı, "Pravo" qəzetinin yazdığına görə, Çexiyada hava limanlarında və dəmir yolu vağzallarında təhlükəsizlik tədbirləri gücləndirilib.