ABŞ Nümayəndələr Palatası İsraili boykot edən universitetlərə federal yardımın bloklanmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.
"İqtisadi və akademik azadlığın müdafiəsi haqqında" adlı qanun layihəsini Nümayəndələr Palatasının üzvlərinin əksəriyyəti — 169 əleyhinə olmaqla 237 səslə dəstəkləyib. Qanun layihəsinin qüvvəyə minməsi üçün o, ABŞ Konqresinin yuxarı palatası olan Senat tərəfindən qəbul edilməlidir.
Təşəbbüs "İsrailin cəmiyyətdə ifadə olunmayan kommersiya boykotunda iştirak edən" universitetlərin dövlət maliyyələşməsini almaq üçün müraciət etməsini qadağan edir. Bundan əlavə, federal yardım proqramlarında iştirak edən ali təhsil müəssisələri İsraildən olan tələbə və müəllimlərin akademik proqramlarda bərabər şərtlərlə iştirak edə biləcəyi barədə hər il hesabat verməlidirlər.