04 sentyabr 2026 08:49
83

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 4-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M.Rüstəmov, Sarayevo, Neapol küçələrinin bir hissəsinin, Suraxanı rayonunun Əmircan qəsəbəsində H.Axundlu küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.