27 avqust 2026 13:40
116

Fon der Lyayen sentyabrın əvvəlində Qrenlandiyaya səfər edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen və Danimarkanın Baş naziri Mette Frederiksen sentyabrın 6-7-də Qrenlandiyaya səfər edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.

Portalın məlumatına görə, səfər çərçivəsində yerli rəhbərliyin nümayəndələri ilə, xüsusən də Danimarka muxtariyyətinin Baş naziri Yens-Frederik Nilsen ilə görüşlər planlaşdırılıb.

"Euractiv"in məlumatına əsasən, Brüssel 2028-ci ildən etibarən Qrenlandiyanın maliyyələşdirilməsini iki dəfədən çox artıraraq yeddiillik dövr üçün 530 milyon avroya çatdırmaq niyyətindədir.