Böyük Britaniya "Yeddilik Qrupu"nun (G7) 2028-ci ildəki sammitini Londonda keçirməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə "The Spectator" həftəlik jurnalı məlumat yayıb.
Bu il G7 sammiti iyunun 15-17-də Fransanın alp kurortu Evian-le-Bendə baş tutub. Gələn il "yeddilik"də sədrlik ABŞ-yə keçəcək.
2028-ci ildə isə sədr Böyük Britaniya olacaq. Birləşmiş Krallıq ərazisində bundan əvvəlki G7 sammiti 2021-ci ildə İngiltərənin cənub-qərbindəki Kornuoll qraflığının Karbis-Bey kurort şəhərciyində keçirilib. London "yeddilik" liderlərinin görüşünə üç dəfə — 1977, 1984 və 1991-ci illərdə ev sahibliyi edib.
Birləşmiş Krallıq 2027-ci ildə "İyirmilik Qrupu"na (G20) sədrlik edəcək. Əvvəllər "The Times" qəzeti bu birliyin sammitinin Mançesterdə keçiriləcəyini yazmışdı. G20-nin növbəti ali səviyyəli görüşü isə dekabrın 14-15-də Mayami yaxınlığındakı Doralda (Florid ştatı) baş tutacaq.