24 avqust 2026 10:57
131

BƏƏ regiondakı münaqişə fonunda hər gün 600 min kiberhücuma məruz qalır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaxın Şərqdə davam edən münaqişə fonunda hər gün orta hesabla 600 min kiberhücuma məruz qalır.

“İki sahil” xəbər verir ki, bu barədə ölkə hökumətinin Kibertəhlükəsizlik Şurasının rəhbəri Məhəmməd əl-Küveyti Khaleej Times qəzetinə müsahibəsində bildirib.

"Bu göstərici hələ də yüksəkdir. Səbəbi isə müharibənin davam etməsidir. Müharibə gedən müddətdə isə sistemləri sındırmaq, oradan məlumat və informasiya əldə etmək üçün həmişə imkanlar axtarılır", — deyə o vurğulayıb.

Əl-Küveyti əlavə edib ki, münaqişənin pik həddində kiberhücumların sayı gündə 800 minə qədər çatırıq.

Kibertəhlükəsizlik idarəsinin rəhbəri xüsusilə qeyd edib ki, energetika, su təchizatı və aviasiya kimi mühüm sahələr getdikcə daha çox hücum hədəfinə çevrilir, çünki bu sistemlərin sıradan çıxarılması bütövlükdə ölkənin fəaliyyəti üçün ciddi təhlükə yaradır.