Avqustun 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.
Astara Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxsin suda boğulmadığını, avqustun 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyini müəyyən edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Report"