ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların müəyyən məqamda İranla danışıqları bərpa edə biləcəyini, lakin hazırda buna ehtiyac görmədiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.
"Bəlkə də müəyyən bir məqamda. Lakin hazırda, mənə elə gəlir ki, vəziyyət onsuz da çox yaxşıdır", - deyə Ağ Ev rəhbəri jurnalistlərin İranla danışıqları bərpa etmək niyyətində olub-olmaması ilə bağlı sualını cavablandırarkən bildirib.
Tramp bir daha ABŞ-ın hazırda Hörmüz boğazına tam nəzarət etdiyini iddia edib.
Qeyd edək ki, çərşənbə axşamı "Al Jazeera" mənbəyə istinadən Trampın amerikalı danışıqçılara İranın Vaşinqtona lazım olan sazişi bağlamağa hazır olacağı təqdirdə dialoqa qayıtmağı tapşırdığı barədə məlumat yaymışdı.
Kiyev və Kopenhagen Danimarkada dron istehsalı üzrə birgə müəssisə yaradacaqlar
Türkiyə XİN: Yunanıstanın Egey dənizi üzrə məkan planlaşdırmasının Türkiyənin hüquqi mövqeyinə təsiri yoxdur
Aİ ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməsini qınayıb