Qazaxıstanın Karaqanda vilayətinin Şet rayonunda, Ünirək kəndi yaxınlığında ümumi sahəsi 650 hektar olan yanğın lokallaşdırılıb.
“İki sahil” Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, 613,6 hektar sahədə quru ot, həmçinin meşə ilə örtülü ərazinin bir hissəsi yanıb. Yanğının meşə massivlərinə daha da yayılmasının qarşısı alınıb.
Yanğının söndürülməsinə təxminən 310 nəfər şəxsi heyət və 44 texnika, həmçinin 2 helikopter cəlb olunub.
Hazırda ayrı-ayrı közərən ocaqların söndürülməsi və ərazinin suvarılması işləri aparılır. Vəziyyət Fövqəladə Hallar Nazirliyinin nəzarətindədir.
Türkiyə XİN: Yunanıstanın Egey dənizi üzrə məkan planlaşdırmasının Türkiyənin hüquqi mövqeyinə təsiri yoxdur
Aİ ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməsini qınayıb
Ermənistanın yeni Konstitusiyasının qəbulu Nazirlər Kabinetinin proqramının layihəsinə salınıb
Almaniyanın "Deutsche Bahn" şirkəti vandalizmdən 30 milyon avrodan çox zərər çəkib