19 avqust 2026 22:36
82

Almaniyanın "Deutsche Bahn" şirkəti vandalizmdən 30 milyon avrodan çox zərər çəkib

Vandalizm halları səbəbindən Almaniyanın "Deutsche Bahn" dəmir yolu şirkəti ötən il 34 milyon avro məbləğində zərər çəkib.

“İki sahil” yerli mediaya istinadən xəbər verir ki, bu barədə Federal Nəqliyyat Nazirliyinin "Almaniya üçün Alternativ" fraksiyasının yazılı sorğusuna verdiyi cavabda bildirilib.

Orada qeyd olunub ki, göstərilən məbləğin 19,6 milyon avrosu zədələnmiş infrastrukturun payına düşüb. Rəngli metalların oğurlanmasından dəyən zərər 5,5 milyon avro təşkil edib, dəmir yolu obyektlərindən qrafitilərin silinməsi isə 3,7 milyon avroya başa gəlib.

Qraffitilərin silinməsi regional nəqliyyat üçün əhəmiyyətli xərclərdən biridir.

"Nəqliyyat vasitələrində və ya onların daxilində 657 qrafiti çəkilməsi və 220 əmlaka ziyan vurulması halı qeydə alınıb", – qurumun sənədində bildirilib.

Bundan əlavə, ümumi vandalizm kateqoriyasında 6,8 milyon avro məbləğində ziyan qeydə alınıb. Şəhərlərarası dəmir yolu daşımaları bölməsində vandalizmin nəticələrinin aradan qaldırılması xərcləri təxminən 2,25 milyon avro təşkil edib.

Daha əvvəl "Deutsche Bahn" bu ilin birinci yarısında şirkətin yerli dəmir yolu xətlərində çalışan 990-a yaxın əməkdaşının hücuma məruz qaldığını bildirmişdi.